...

Azərbaycanda görünməmiş yol qəzası: "ZİL" 17 avtomobili əzdi

Hadisə Materials 3 Aprel 2015 16:00 (UTC +04:00)
Bakının Yasamal rayonu ərazisində Azərbaycanda görünməmiş yol-nəqliyyat hadisəsi baş verib.
Azərbaycanda görünməmiş yol qəzası: "ZİL" 17 avtomobili əzdi

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir İlkin İzzət/

Bakının Yasamal rayonu ərazisində Azərbaycanda görünməmiş yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 2-də saat 22 radələrində Yasamal rayonunun Ə.Əhmədov küçəsində Bakı şəhər sakini Məmməd Abdullayev idarə etdiyi "ZİL" markalı avtomobillə yolun kənarında dayanmış 17 avtomobili vurub.

Avtomobillərə qismən ziyan dəyib, bu zaman müxtəlif dərəcəli bədən xəsarətləri almış 3 nəfərə xəstəxanada ilkin tibbi yardım göstərilib.

Hadisə ilə əlaqədar Yasamal rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti