...

Avtoxuliqanlıq edən 45 sutkalıq həbs cəzası aldı (VİDEO)

Hadisə Materials 2 May 2015 13:09 (UTC +04:00)
Gəncədə avtoxuliqanlıq edən 5 nəfər saxlanılıb.
Avtoxuliqanlıq edən 45 sutkalıq həbs cəzası aldı (VİDEO)

Azərbaycan, Bakı, 2 may /Trend/

Gəncədə avtoxuliqanlıq edən 5 nəfər saxlanılıb.

Trend Region TV-ə istinadən xəbər verir ki, avtoxuliqanlıq edən şəxslər Gəncədə yol polisinin keçirdiyi reydlər zamanı saxlanılaraq həbs cəzası alıb.

Gəncə sakinləri - 33 yaşlı Səbuhi Qasımov, 27 yaşlı Rövşən Novruzov, onun həmyaşıdı Vüsal Ələsgərov, 26 yaşlı Toğrul Abiyari və 20 yaşlı Elsəvər Qasımov sutkalıq həbs cəzası alıblar.

Bu gənclərdən ikisi digərlərindən fərqli olaraq adi hallarda deyil, toy karvanında avtoxuliqanlıq ediblər.

Toy karvanında avtoxuliqanlıq etdiyinə görə, R.Novruzov 25 sutkalıq, T.Abiyari isə 5 sutkalıq həbs cəzası alıb.

Bu gənclərdən ən çox sutkalıq həbs cəzası alan S.Qasımovdur. O, sərxoş halda avtoxuliqanlıq edib yol-nəqliyyat hadisəsi törətdiyi üçün 45 sutka həbslə cəzalandırılıb.

Qeyd edək ki, saxlanılan 5 nəfər sutkalıq həbs cəzası ilə yanaşı, müəyyən müddətə sürücülük hüququndan da məhrum ediliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti