...

Fermada çıxan yanğında 172 baş heyvan xilas edilib

Hadisə Materials 4 İyun 2015 09:22 (UTC +04:00)
Samuxda 172 baş heyvan saxlanılan fermada yanğın olub.
Fermada çıxan yanğında 172 baş heyvan xilas edilib

Azərbaycan, Bakı, 4 iyun /Trend/

Samuxda 172 baş heyvan saxlanılan fermada yanğın olub.

Trend Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Samux rayonu, Lüksemburq kəndində (rayon mərkəzindən 27 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılmış 10 ton ot bağlamasının 8 tonu və bitişik tikilmiş ümumi sahəsi 100 kv.m olan talvarın yanar konstruksiyaları yanıb.

Yanğın zamanı tövlədən 22 bas iribuynuzlu və 150 bas xırdabuynuzlu heyvan xilas edilib. Yanğından yaxınlıqdakı tikililər mühafizə olunub. Yanğın saat 02.36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti