...

İŞİD terrorçularına qoşulmaq istəyən 4 azərbaycanlı saxlanılıb

Hadisə Materials 6 İyun 2015 11:03 (UTC +04:00)
Türkiyə-Suriya sərhəddində sərhəddini qanunsuz keçmək istəyən bir qrup şəxs saxlanılıb.
İŞİD terrorçularına qoşulmaq istəyən 4 azərbaycanlı saxlanılıb

Azərbaycan, Bakı, 6 iyun /Trend /

Türkiyə-Suriya sərhəddində sərhədi qanunsuz keçmək istəyən bir qrup şəxs saxlanılıb.

Trend Türkiyə mətbuatına istinadən xəbər verir ki, saxlanılan 18 nəfərdən 4-ü kişi, 6-sı qadın, 8-i isə uşaqdır. Bildirilir ki, onlar sərhədi "İŞİD" terrorçularına qoşulmaq məqsədilə keçmək istəyiblər.

Mətbuatın yazdığına görə, saxlanılanlardan 13-ü Rusiya, 4-ü Azərbaycan vətəndaşı olub.

Hələlik Azərbaycan vətəndaşlarının kimliyi açıqlanmır.

Saxlanılanların arasında Türkiyə, İspaniya, Böyük Britaniya, ABŞ xüsusi xidmətlərinin axtardığı rusiyalı yeniyetmə Varvara Karaulova da var. V.Karaulova bu il mayın 28-də evdən çıxıb və bir daha geri qayıtmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti