...

Ağdaşda baş verən yanğında bir nəfər xəsarət alıb, 3 baş iribuynuzlu heyvan tələf olub

Hadisə Materials 31 İyul 2015 09:29
Ağdaş rayonunda tövlədə baş verən yanğında bir nəfər xəsarət alıb, 3 baş iribuynuzlu heyvan yanaraq tələf olub.
Ağdaşda baş verən yanğında bir nəfər xəsarət alıb, 3 baş iribuynuzlu heyvan tələf olub

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 31 iyul /Trend/

Ağdaş rayonunda tövlədə baş verən yanğında bir nəfər xəsarət alıb, 3 baş iribuynuzlu heyvan yanaraq tələf olub.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Ağdaş rayonu, Əmirarx kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 72 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılmış 7 ton ot bağlamasının 6 tonu yanıb.

Yanğında bir nəfər yanıq xəsarəti alıb və 3 baş iribuynuzlu heyvan yanaraq tələf olub.

Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı yaşayış evi yanğından mühafizə olunub.

Yanğın saat 16:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti