Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir Elmir Murad/
Mingəçevirdə yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, şəhərdə vətəndaşa məxsus taxta konstruksiyalardan ibarət ümumi sahəsi 12 kv.m olan köməkçi tikili və yaxınlıqda yığılmış taxta qırıntıları 8 kv.m sahədə yanaraq sıradan çıxıb. Hadisə yerinə gələn yanğınsöndürənlərin sayıqlığı nəticəsində yaxınlıqdakı qaraj və transformator yanğından mühafizə olunub. Yanğın saat 15:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb.