...

Türkiyədən gələn azərbaycanlı “beşbarmaq”la saxlanıldı

Hadisə Materials 15 Sentyabr 2015 13:08 (UTC +04:00)
Türkiyədən gələn azərbaycanlının çantasında “beşbarmaq” aşkar olunub.
Türkiyədən gələn azərbaycanlı “beşbarmaq”la saxlanıldı

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir İlkin İzzət/

Türkiyədən gələn azərbaycanlının çantasında "beşbarmaq" aşkar olunub.

Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, İstanbul-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşı Ruslan Məmmədov gömrük nəzarətindən keçərkən onun baqajı rentgen aparatı vasitəsilə yoxlanılıb və monitorda "beşbarmağ"a bənzər əşyanın təsviri görünüb.

Təkrar yoxlama zamanı sözügedən vətəndaşın çantasının içərisindən 1 ədəd metaldan hazırlanmış "beşbarmaq" aşkar olunaraq götürülüb.

İlkin araşdırma zamanı R.Məmmədov izahatında bildirib ki, baqajından aşkar olunan 1 ədəd "beşbarmağ"ı Türkiyədən suvenir kimi alıb və qadağan olunduğunu bilmədiyinə görə Azərbaycana gətirib.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, ekspertizaya təqdim edilən həmin əşya kustar üsulla "beşbarmaq" tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silahdır.

Faktla bağlı təhqiqat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti