Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir Elmir Murad/
Bakıda daha bir qrup avaralıq və dilənçilik edənlər saxlanılıb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, onlar polisin paytaxtın Binəqədi, Nərimanov və Qaradağ rayonları ərazilərində aparmış olduğu əməliyyat nəticəsində saxlanılıblar.
Saxlanılanların 56 nəfər olduğu bildirilir.
Polis onlar barəsində müvafiq tədbirlər görüb.