...

Qısqanclıq zəminində həyat yoldaşını öldürdü

Hadisə Materials 4 Noyabr 2015 13:37 (UTC +04:00)
Bakıda qısqanclıq zəmnində cinayət törətmiş şəxs saxlanılıb.
Qısqanclıq zəminində həyat yoldaşını öldürdü

Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir Elmir Murad/

Bakıda qısqanclıq zəmnində cinayət törətmiş şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə daxil olan məlumata görə, hadisə paytaxtın Sabunçu rayonunda baş verib. Məhəmmədi qəsəbəsinin sakini Tahir Mürsəlov qısqanclıq zəminində arvadı Nigara bıçaqla xəsarət yetirib.

Yaralı xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

T.Mürsəlov Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti