...

Xaçmazda itən balıqçılarla bağlı FHN-dən açıqlama (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 5 Noyabr 2015 11:02 (UTC +04:00)
Ötən gün Xəzər dənizinin Xaçmaz sahilində itkin düşən üç balıqçıdan birinin - Həmzə Nurəddinovun meyidi tapılıb.
Xaçmazda itən balıqçılarla bağlı FHN-dən açıqlama (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir Elmir Murad/

Ötən gün Xəzər dənizinin Xaçmaz sahilində itkin düşən üç balıqçıdan birinin - Həmzə Nurəddinovun meyidi tapılıb.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildiriblər.

İtkin düşən üç balıqçının axtarışlarına bir helikopter və FHN-nin Xaçmaz regional bürosunun əməkdaşları cəlb olunub.

Məlumatda o qeyd olunur ki, balıqçıların itkin düşdüyü yer sahildən 1 mili keçib. Bu səbəbdən onların axtarışına helikopeterlər cəlb olunub: "Beynəlxalq qaydalara əsasən sahilin 1 milinə qədər texnika, yəni karterlərlə axtarış olur. Amma balıqçıların itkin düşdüyü yer 1 mili keçdiyindən artıq onlar FHN-nin aviasiya dəstəsinin helikopteri ilə axtarılır".

Nazilrikdən bildirdilər ki, hazırda itkin düşən balıqçıların axtarışları davam etdirilir və axtarışların nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, itkin düşən balıqçılardan ikisi rayonun Tikanoba kənd sakinləri Həmzə Nurəddinov, Laçın Laçınov və Uzunoba kənd sakini İlqar Daşdəmirovdur.

Dünən günorta saatlarında Xəzər dənizinin Xaçmaz sahilində içərisində 3 nəfərin olduğu balıqçı qayığı ilə əlaqə kəsilib. Balıqçı qayığında olan şəxslərlə yaxınları telefonla danışıb. Bir müddətdən sonra isə əlaqə itib və bu barədə FHN-ə məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti