...

FHN-dən itkin düşmüş balıqçı barədə açıqlama

Hadisə Materials 13 Noyabr 2015 15:21 (UTC +04:00)
Xəzər dənizinin Xaçmaz sahilində itkin düşən Laçın Laçınovun meyiti tapılıb.
FHN-dən itkin düşmüş balıqçı barədə açıqlama

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir Elmir Murad/

Xəzər dənizinin Xaçmaz sahilində itkin düşən Laçın Laçınovun meyiti tapılıb. Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən deyiblər.

Bildirilib ki, onun meyitini qurumun əməkdaşları aşkarlayıb. L.Laçınovun meyiti aidiyyətı üzrə təhvil veriləcək.

Qeyd edək ki, noyabrın 4-də itkin düşmüş üç balıqçının axtarışlarına bir helikopter və FHN-in Şimal Regional Mərkəzinin əməkdaşları cəlb olunmuşdu.

İtkin düşən balıqçılardan birinin - Həmzə Nurəddinovun meyiti ötən həftə tapılmışdı. Dünən isə İlqar Daşdəmirovun cəsədini su sahilə çıxarmışdı. H.Nurəddinov və L.Laçınov Xaçmaz rayonunun Tikanoba, İ.Daşdəmirov isə Uzunoba kənd sakinidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti