...

Abşeron və Ağstafada yanğın baş verib

Hadisə Materials 23 Fevral 2016 00:17 (UTC +04:00)
Ağstafa və Abşeron rayonlarında yanğın hadisələri baş verib.
Abşeron və Ağstafada yanğın baş verib

Bakı. Trend:

Ağstafa və Abşeron rayonlarında yanğın hadisələri baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir ki, Ağstafa rayonu, Qaçaq Kərəm kəndində (rayon mərkəzindən 4 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan yardımçı tikilinin dam örtüyünün yanar konstruksiyaları 12 kv.m sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Abşeron rayonunda vətəndaşa məxsus ümumi sahəsi 10 kv.m olan taxtadan ibarət yardımçı tikilinin dam örtüyü 4 kv.m sahədə yanıb.

Tikilinin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.Yanğın saat 21:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.​

Xəbər lenti

Xəbər lenti