...

Azərbaycana 24 kq-dan çox marixuana gətirən mütəşəkkil dəstənin məhkəməsi başladı

Hadisə Materials 3 Mart 2016 17:19 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən 10 nəfərdən ibarət mütəşəkkil dəstənin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Azərbaycana 24 kq-dan çox marixuana gətirən mütəşəkkil dəstənin məhkəməsi başladı

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən 10 nəfərdən ibarət mütəşəkkil dəstənin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Trend-in məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı martın 10-na təyin edilib.

Qeyd edək ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi və Dövlət Gömrük Komitəsi tərəfindən birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin fevral ayında Azərbaycan vətəndaşları Əsgərov Rahət Cəlil oğlu, Məmmədov Vasif Yaqub oğlu, Əzimov Bayram Habil oğlu, habelə Cəfərov Binnət Vidadi oğlu, Əliyev Yusif Kamal oğlu, Mehdiyev Oqtay Muxtar oğlu, Cəfərov Qara Vidadi oğlu, Həsənov Elnur Camal oğlu, Muradov Loğman Şükür oğlu və Ukrayna vətəndaşı Bayramov Əli Yusif oğlu Ukraynadan ölkəmizə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılıb, onlardan ümumilikdə 24 kiloqram 500 qramdan artıq qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 206.3.2-ci, 234.4.1-ci və 234.4.3-cü maddələri ilə cinayət işləri başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti