...

Bakı aeroportunda azyaşlı xəsarət alıb

Hadisə Materials 3 Mart 2016 21:33 (UTC +04:00)
Heydər Əliyev Beynəlxalq Hava Limanında martın 3-də axşam saatlarında Bakı-Doha təyyarəsinə minmə zamanı valideynlərin diqqətsizliyi ucbatından iki yaşlı uşaq xəsarət alıb
Bakı aeroportunda azyaşlı xəsarət alıb

Bakı. Trend:

Heydər Əliyev Beynəlxalq Hava Limanında martın 3-də axşam saatlarında Bakı-Doha təyyarəsinə minmə zamanı valideynlərin diqqətsizliyi ucbatından iki yaşlı uşaq xəsarət alıb.

Bu barədə Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər.

Hava limanından qeyd ediblər ki, iki yaşlı İsa Əliyev təyyarəyə minmə zamanı anasının əlindən çıxaraq pəncərəyə tərəf qaçıb, nəticədə hava limanı binasının konstruksiyasının dərinliyinə yıxılıb. Hadisə nəticəsində uşaq bədən xəsarətləri alıb.

Hava limanının müvafiq xidməti tərəfindən uşağa yerində operativ tibbi yardım göstərilib, sonra o, Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib.

Bu hadisə ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Hava Limanı valideynləri diqqətli olmağa çağırır və nəzərə çatdırır ki, terminalın ərazisində uşaqlar üçün xüsusi yerlər təchiz olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti