...

İsmayıllıda yol qəzası baş verib: 1 nəfər xəsarət alıb

Hadisə Materials 25 Mart 2016 04:45 (UTC +04:00)
İsmayıllıda yol qəzası nəticəsində 1 nəfər xəsarət alıb
İsmayıllıda yol qəzası baş verib: 1 nəfər xəsarət alıb

Bakı. Trend:

İsmayıllıda yol qəzası nəticəsində 1 nəfər xəsarət alıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, İsmayıllı şəhərində "TOYOTA" və "VAZ" markalı 2 minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Nəticədə, "VAZ" markalı minik avtomobilinin sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı avtomobildən çıxarıb və Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər. Əməliyyat saat 23:44-də başa çatıb.

Xəbər lenti

Xəbər lenti