...

26 yaşlı gənc ildırım vurmasından ölüb

Hadisə Materials 25 May 2016 11:25 (UTC +04:00)
Ucar rayonunda bədbəxt hadisə baş verib.
26 yaşlı gənc ildırım vurmasından ölüb

Trend-i buradan izləyin

Bakı. Trend:

Ucar rayonunda bədbəxt hadisə baş verib.

Trend EL TV-yə (Region TV) istinadən xəbər verir ki, rayonun Bağman kənd sakini 1990-cı il təvəllüdlü Qürbət İskəndərovu ildırım vurub.

Hadisə zamanı onun yanında iki nəfər yaxın qohumu da olub. Şahidlərin sözlərinə görə, hadisə Q.İsgəndərov evinin yaxınlığındakı küçədə yağışdan qorunmaq məqsədi ilə söyüd ağacının altında dayanarkən baş verib. Güclü səslə müşahidə olunan ildırım vurmasından sonra Q.İsgəndərov Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti