...

Bakıda "Mersedes" marşrut avtobusu ilə toqquşdu, ölən var

Hadisə Materials 26 May 2016 11:43 (UTC +04:00)
Bakıda ölümlə nəticələnən yol qəzasıl baş verib.
Bakıda "Mersedes" marşrut avtobusu ilə toqquşdu, ölən var

Bakı. Trend:

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, mayın 25-də saat 13 radələrində Yasamal rayonu ərazisindəki Yeni dairəvi yolda Sumqayıt şəhər sakini Natiq Eminov idarə etdiyi "Mercedes" markalı avtomobili qarşıda gedən Salyan rayon sakini Rafiq Əliyevin idarə etdiyi "Daewoo" markalı avtobusa vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş N.Eminov orada ölüb.

Yasamal RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti