...

Qaradağda yol qəzası: sürücü ölüb

Hadisə Materials 21 İyun 2016 06:31 (UTC +04:00)
Bakı şəhəri, Qaradağ rayonunda “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı dəmir yolayrıcına çırpılıb
Qaradağda yol qəzası: sürücü ölüb

Bakı. Trend:

Bakı şəhəri, Qaradağ rayonunda “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı dəmir yolayrıcına çırpılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, hadisə nəticədə, sürücü 1978-ci il təvəllüdlü Musayev Kamil Maqsud oğlu vəfat edib və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər K.Musayevin cəsədini avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 03:44-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti