...

Kiş çayı alternativ yolu da yuyub apardı

Hadisə Materials 5 İyul 2016 13:37 (UTC +04:00)
Kiş çayı yenə də öz gücünü göstərdi.
Kiş çayı alternativ yolu da yuyub apardı

Bakı. Trend:

Kiş çayı yenə də öz gücünü göstərdi.

Trend Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, gecə saatlarında çayda suyun yenidən artması ilə su alternativ yolu da yuyub aparıb.

"Azəravtoyol" ASC-nin texnikaları və işçi qüvvəsi ötən gündən ərazidə bərpa işlərinə başlamışdı və 4 ədəd 1500 diametrlik borular quraşdırılaraq üzərində müvəqqəti yol salınmışdı. Gecə saatlarına çayın suyunun öz məcrasından çıxması nəticəsində bərpa olunmuş yol tamamilə dağılıb. Hazırda alternativ yolun yenidən bərpası istiqamətində iş aparılır.

Kişdə selin fəsadları - yol çəkilir (FOTO)

Kişdə selin fəsadları - yol çəkilir (FOTO)

Bununla yanaşı, Kiş çayı üzərində yerləşən və sel suları nəticəsində dağılmış körpünün bərpa edilməsi istiqamətində də hazırlıq işləri görülür. Bunun üçün hazırda sözügedən əraziyə xüsusi texnika gətirilir və lazımi tikinti materialı toplanır.

Xatırladaq ki, iyul ayının 3-ü gecə saatlarında Şəki rayonu ərazisində yerləşən yerli əhəmiyyətli Şəki-Kiş avtomobil yolunun 1-ci kilometrliyində, Kiş çayı üzərində yerləşən iki aşırımlı avtomobil körpüsünün orta dayağını dağlardan gələn lil-sel kütləsi yuyub aparmış, nəticədə körpünün hər iki aşırımı dağılduğundan Kiş kəndinin rayon mərkəzi ilə avtonəqliyyat əlaqəsi tamamilə kəsilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti