Bakı. Trend:
Yevlax rayonunda yanğın nəticəsində "Azərişıq" ASC-yə məxsus, gücü 630 kVA olan transformatorun sarğıları və yağı yanıb.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 21:53-də yanğınsöndürənlər tərəfindən söndürülüb.