...

Bakı-Şamaxı yolunda ağır qəza - 1 ölü

Hadisə Materials 16 Sentyabr 2016 12:12 (UTC +04:00)
Bakı-Şamaxı-Yevlax avtomobil yolunda ölümlə nəticələnən yol qəzası baş verib. Trend-in məlumatına görə, hadisə sentyabrın 15-də gecə saatlarında yolun Nərimankənd kəndindən keçən hissəsində baş verib.
Bakı-Şamaxı yolunda ağır qəza - 1 ölü

Bakı. Samir Əli - Trend:

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda ölümlə nəticələnən yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə sentyabrın 15-də gecə saatlarında yolun Nərimankənd kəndindən keçən hissəsində baş verib. Ağsu rayon sakini, Səfa Nəzərov "Mercedes" markalı avtomobili yüksək sürətlə idarə edərkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Sürücü hadisə yerində dünyasını dəyişib.

İlkin ehtimala görə, hadisə sürücünün sükan arxasında yuxulaması nəticəsində baş verib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti