...

Bakı sakinindən tapança, daşkəsənlidən avtomat götürüldü

Hadisə Materials 3 Oktyabr 2016 13:08 (UTC +04:00)
Bakı sakinindən tapança və 7 ədəd patron götürülüb.
Bakı sakinindən tapança, daşkəsənlidən avtomat götürüldü

Bakı. Trend:

Bakı sakinindən tapança və 7 ədəd patron götürülüb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Fərid Bağırovdan “Naqan” tipli tapança və 7 ədəd patron götürülüb.

Bundan başqa, Daşkəsən rayon Polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Pirverdilər kənd sakini Asif Bağırovun evinə baxış zamanı “AKS” markalı silah və 2 ədəd patron darağı aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti