Şəkidə idarəetməni itirən maşın 2 piyadanı vurub.
ARB Şəki-dən Trend-ə verilən məlumata görə, Şəhərin Sabit Rəhman küçəsində "VAZ 2106" markalı avtomobil idarəetməni itirərək yol kənarında hərəkət edən Şəki şəhər sakinləri 1970-ci il təvəllüdlü Məhərrəmova Nəzakət Məhərrəm qızı və 1998-ci il təvəllüdlü Məhərrəmova Günay Telman qızını vurub.
Hər iki zərərçəkən dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, xəstələrin vəziyyəti normaldır.
Faktla bağlı araşdırma aparılır.