...

Keçmiş məhkumun kirayə yaşadığı evdə 15 kq narkotik tapılıb

Hadisə Materials 2 Mart 2017 12:34 (UTC +04:00)
Əvvəllər məhkum olunmuş şəxsin kirayə yaşadığı evdən narkotik aşkarlanıb.
Keçmiş məhkumun kirayə yaşadığı evdə 15 kq narkotik tapılıb

Bakı. Trend:

Əvvəllər məhkum olunmuş şəxsin kirayə yaşadığı evdən narkotik aşkarlanıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Binəqədi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Məhəmməd Hacıyevin Biləcəri qəsəbəsindəki kirayədə yaşadığı evə baxış zamanı oradan 10 kiloqram 87,180 qram marixuana və 4 kiloqram 180,610 qram tiryək aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti