...

Gömrükçülər 15 mindən çox aksiz markasız siqaret müsadirə edib

Hadisə Materials 30 Mart 2017 10:27 (UTC +04:00)
Gömrükçülər avtomobildən 15180 ədəd siqaret aşkar ediblər.
Gömrükçülər 15 mindən çox aksiz markasız siqaret müsadirə edib

Bakı. Trend:

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə "Vaz 21074" markalı nəqliyyat vasitəsində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan siqaretlərin olması barədə məlumat daxil olub.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, dərhal yaradılan əməliyyat qrupu tərəfindən həmin avtomobil Qazax rayonunun İncəsu adlanan ərazisində saxlanılıb və qanunvericiliyə uyğun olaraq baxış keçirilməsi üçün nəqliyyat vasitəsi Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunun ərazisinə gətirilib. Yoxlama zamanı avtomobilin yük yerindəki selofan torbaların içərisindən üzərində aksiz markası olmayan 7600 ədəd "Vinston", 4200 ədəd "Parliament" və 3380 ədəd "Marlboro" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti