...

Cəlilabadda 3 otaqlı ev yanıb

Hadisə Materials 19 Aprel 2017 22:44 (UTC +04:00)
Cəlilabad rayonu, Privolnoye kəndində yanğın qeydə alınıb
Cəlilabadda 3 otaqlı ev yanıb

Bakı. Trend:

Cəlilabad rayonu, Privolnoye kəndində yanğın qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Cəlilabad rayonu, Privolnoye kəndində ümumi sahəsi 105 m2 olan kürsülü, birmərtəbəli 3 otaqlı evin dam örtüyünün, 2 otağının yanar konstruksiyaları və ev əşyaları 85 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 20:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti