...

Saatlıda 10 yaşlı uşaq kanalda batıb

Hadisə Materials 4 İyun 2017 15:12 (UTC +04:00)
03 iyun 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Muğan kanalının Saatlı rayonunun, Qaralar kəndi ərazisindən keçən hissəsində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 120 km aralı, nəzarətsiz ərazidə)1 nəfərin batması barədə məlumat daxil olub
Saatlıda 10 yaşlı uşaq kanalda batıb

Bakı. Trend:

03 iyun 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Muğan kanalının Saatlı rayonunun, Qaralar kəndi ərazisindən keçən hissəsində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 120 km aralı, nəzarətsiz ərazidə)1 nəfərin batması barədə məlumat daxil olub.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki,Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunmuş və vətəndaşın axtarışlarına başlanılıb.

04 iyun 2017-ci il tarixində 2007-ci il təvəllüdlü, Fərəcov Etibar Ramin oğlunun cəsədi, ”Salyan” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən batdığı yerdən 3 kilometr aralıda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 12:54-də başa çatıb

Məqalədə:
Xəbər lenti

Xəbər lenti