...

Qubada itən azyaşlı qız tapılıb

Hadisə Materials 2 Avqust 2017 12:36 (UTC +04:00)
İyulun 26-da Quba rayonunun Qəçrəş kəndi ərazisində azyaşlı qızın itkin düşməsi barədə DİN-in “102 Zəng Mərkəzi”nə müraciət daxil olub. Məlumat aidiyyatı üzrə Quba RPŞ-yə ötürülüb.
Qubada itən azyaşlı qız tapılıb

Bakı. Trend:

İyulun 26-da Quba rayonunun Qəçrəş kəndi ərazisində azyaşlı qızın itkin düşməsi barədə Daxili İşlər Nazirliyinin (DİN) “102 Zəng Mərkəzi”nə müraciət daxil olub. Məlumat aidiyyatı üzrə Quba RPŞ-yə ötürülüb.

DİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, rayon Polis Şöbəsinin rəhbərliyinin göstərişi ilə yaradılan əməliyyat qrupu dərhal hadisə yerinə yollanıb.

Araşdırmalarla müəyyən edilib ki, 9 yaşlı Günel babası F.Zeynalov ilə birlikdə daxili turizm xətti ilə paytaxtdan Qəçrəşə gəzməyə gəliblərmiş. Baba nəvəsinin istirahətdə olarkən gördüyü mənzərədən çox xoşlandığını bildirib və meşədə gəzərkən azdığını deyib.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə polis əməkdaşları tərəfindən Günel 30 dəqiqədən də az müddətdə sağ-salamat tapılaraq ailə üzvlərinə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti