...

Gömrükdə çamadandan "beşbarmaq" çıxdı

Hadisə Materials 29 Avqust 2017 10:13 (UTC +04:00)
Faktla bağlı araşdırma aparılır.
Gömrükdə çamadandan "beşbarmaq" çıxdı

Bakı. Trend:

İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən onun baqajına rentgen aparatı ilə baxış zamanı monitorda "beşbarmağ"ın təsviri görünüb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları həmin baqaja təkrar yoxlama keçiriblər. Nəticədə vətəndaşa məxsus çamadanın cibində 1 ədəd metaldan hazırlanmış "beşbarmaq" aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti