...

Yasamalda yanğın: 23 nəfər təxliyə olunub

Hadisə Materials 18 Noyabr 2017 18:57 (UTC +04:00)
Paytaxtda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Yasamalda yanğın: 23 nəfər təxliyə olunub

Bakı. Trend:

Paytaxtda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Trend-in FHN-in saytına istinadən verdiyi məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış 8 ədəd elektrik sayğacı yanıb.

Yanğın zamanı 23 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti