...

Bakıda 16 mərtəbəli binadan bahalı avtomobilin üzərinə paltaryuyan maşın atdılar

Hadisə Materials 20 Noyabr 2017 01:46 (UTC +04:00)
Bakıda binadan avtomobilin üzərinə paltaryuyan maşın atıblar
Bakıda 16 mərtəbəli binadan bahalı avtomobilin üzərinə paltaryuyan maşın atdılar

Bakı. Samir Əli -Trend:

Bakıda binadan avtomobilin üzərinə paltaryuyan maşın atıblar.

Trend-in məlumatına görə, hadisə paytaxrın Nəsimi rayonu ərazisində, "Moskva" Univermağının yaxınlığındakı binanın qarşısında baş verib. Həmin binanın 8 -ci mərtəbəsinin eyvanından atılan paltaryuyan maşın həyətdə dayanan "LEXUS"markalı bahalı avtomobilin üzərinə düşüb. Nəticədə avtomobil yararsız vəziyyətə düşüb.

Hadisə yerinə Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsinin əməkdaşları gəlib.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti