Bakı. Trend:
Neft Daşlarında insident baş verib.
Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, bu gün saat 11-50 radələrində Neft Daşlarında SOCAR-ın “Neftqaztikinti” Trestinin 5 saylı Tikinti Quraşdırma bölməsinin fəhlələri Əsgərov Anar Təbriz oğlu və Xalıqov Azər Ədalət oğlu arasında məlum olmayan səbəblərdən şəxsi zəmində qarşıdurma baş verib.
Nəticədə A.Əsgərov A.Xalıqova bıcaqla xəsarət yetirib. A.Xalıqov aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib, araşdırma aparılır.
SOCAR rəhbərliyi və kollektivi baş vermiş hadisədən kədərləndiklərini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verirlər.