Bakı. Trend:
Gömrükdə avtomobilin dam örtüyündə gizlədilən mobil telefonlar aşkarlanıb.
Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.
Baxış zamanı, həmin nəqliyyat vasitəsinin dam örtüyünün altında 8 ədəd "Samsung Galaxy J3-6" markalı mobil telefon aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.