...

Şabranda 49 yaşlı kişi kimyəvi maddə içib özünü öldürdü

Hadisə Materials 8 Yanvar 2018 09:14 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Şabran rayonunda 49 yaşlı kişi intihar edib.

Trend-in məlumatına görə, rayon sakini, 1969-cu il təvəllüdlü Əliyev Rahib Gülbən oğlu evlərində kimyəvi maddə qəbul edib. O, təcili olaraq Şabran rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. R.Əliyev xəstəxanada dünyasını dəyişib.

İntiharın səbəbləri hələlik məlum deyil. Faktla bağlı Şabran rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti