...

Zərərçəkmişlər dələduzluqda təqsirləndirilən iş adamına ağır cəza istədilər

Hadisə Materials 8 Fevral 2018 15:27 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilərək həbs olunan iş adamı Ceyhun Canıyevin işi üzrə məhkəmə prosesi davam etdirilib.
Zərərçəkmişlər dələduzluqda təqsirləndirilən iş adamına ağır cəza istədilər

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilərək həbs olunan iş adamı Ceyhun Canıyevin işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlər çıxış ediblər. Zərərçəkənlər C.Canıyevə ən ağır cəzanın verilməsini istəyiblər.

İş üzrə növbəti məhkəmə prosesi fevralın 14-nə təyin edilib.

Xatırladaq ki, ötən prosesdə prokuror C.Canıyevin 10 il azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, iş adamı C.Canıyev Bakıda bir neçə sahibkarı aldatmaqla onlardan külli miqdarda pul alıb. C.Canıyev ümumilikdə, 12 milyon dollar mənimsəməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti