...

Vətəndaşlara bankdan kredit götürmək adı ilə dələduzluq edən şəxsə hökm oxundu

Hadisə Materials 16 Fevral 2018 15:12 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində "Muğanbank" dan vətəndaşlara kredit alacağını vəd edərək külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Qəzənfər Qəhrəmanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Vətəndaşlara bankdan kredit götürmək adı ilə dələduzluq edən şəxsə hökm oxundu

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində "Muğanbank"dan vətəndaşlara kredit alacağını vəd edərək külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Qəzənfər Qəhrəmanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Q.Qəhrəmanov 7 il azadlıqdan məhrum edilib.

İttihama görə, Q.Qəhrəmanov ayrı-ayrı vətəndaşlara "Muğanbank"dan külli miqdarda kredit alacağını vəd edib, onlardan pul alaraq aldadıb. Təqsirləndirilən şəxs zərərçəkmişlərə 11 min manatdan çox ziyan vurmaqda ittiham edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti