...

Ələtdə yük maşını Gürcüstan vətəndaşı olan piyadanı vurub

Hadisə Materials 3 Mart 2018 16:44 (UTC +04:00)
Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Beyləqan rayon sakini Süleyman Muradov idarə etdiyi “KamAZ” markalı avtomobillə yolu keçən Gürcüstan vətəndaşı Daviti Chubinidzeni vurub.
Ələtdə yük maşını Gürcüstan vətəndaşı olan piyadanı vurub

Bakı. Trend:

Martın 2-də saat 15 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Beyləqan rayon sakini Süleyman Muradov idarə etdiyi “KamAZ” markalı avtomobillə yolu keçən Gürcüstan vətəndaşı Daviti Chubinidzeni vurub.

DİN-dən Trend-ə verilən məlumata görə, nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti