Bakı. Trend:
Suriyanın Latakiya və Tartus vilayətlərində baş verən iğtişaşlar zamanı ən azı üç nəfər ölüb, 55 nəfər yaralanıb.
Trend-in məlumatına görə, bu barədə "Syria TV" televiziya kanalı xəbər verib.
Məlumata əsasən, ölənlər arasında ölkənin yeni hakimiyyəti dövründə təhlükəsizlik qüvvələrinin bir üzvü də var.
Qeyd edək ki, bundan əvvəl ərəb KİV-ləri Latakiya və Tartus vilayətlərindəki etirazlar barədə məlumat verib. "Syria TV"nin məlumatına əsasən, Suriya Ali Ələvi İslam Şurasının rəhbəri Şeyx Qəzəl Qəzəl etirazlara çağırış edib.