...

“İnter” səfərdə “Atalanta”nı məğlub edərək liderliyə yüksəlib

İdman Materials 29 Dekabr 2025 03:34 (UTC +04:00)
“İnter” səfərdə “Atalanta”nı məğlub edərək liderliyə yüksəlib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İtaliya A Seriyasının 17-ci turunda “İnter” səfər matçında “Atalanta” ilə üz-üzə gəlib.

Trend xəbər verir ki, görüş qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb.

Matçın taleyini 65-ci dəqiqədə Lautaro Martinesin vurduğu qol həll edib – 0:1.

Bu qələbədən sonra “İnter” 36 xalla turnir cədvəlinin lideri olub. İkinci pillədə qərarlaşan “Milan” liderdən cəmi 1 xal geri qalır. “Atalanta” isə 22 xalla ilk onluğu tamamlayır.

Xəbər lenti

Xəbər lenti