...

Edinson Kavani 38 yaşında peşəkar karyerasını başa vurub

İdman Materials 29 Dekabr 2025 00:34 (UTC +04:00)
Edinson Kavani 38 yaşında peşəkar karyerasını başa vurub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Uruqvaylı hücumçu Edinson Kavani 38 yaşında peşəkar futbol karyerasını başa vurduğunu rəsmi şəkildə elan edib.

Trend xəbər verir ki, Kavani bu qərarını sosial şəbəkələrdə paylaşdığı vida mesajı ilə açıqlayıb və futbola, həmçinin onu bu yolda dəstəkləyən hər kəsə təşəkkür edib.

Kavaninin paylaşımında qeyd olunub: “Çox sağ ol, futbol. Sən məni formalaşdırdın, sınadın, yıxıldığım zaman qalxmağı öyrətdin və yolun hər addımını dəyərləndirməyi mənə göstərdin. Uşaqlıqda mümkün görünməyən arzuları reallaşdırmağa, meydanda və meydandan kənarda inanılmaz insanlarla tanış olmağa imkan verdin. Bunların heç biri ailəm, dostlarım, komanda yoldaşlarım, məşqçilərim və ən əsası insanlar olmadan mümkün deyildi.

Mən hər məşqdə və hər oyunda hər şeyimi verdiyimi bilərək sakitliklə ayrılıram. Səhvlərlə, uğurlarla, amma həmişə bu peşəyə hörmətlə.”

Xəbər lenti

Xəbər lenti