Bakı. Trend:
Norveçli şahmatçı, qrossmeyster Maqnus Karlsen Qətərin paytaxtı Doha şəhərində keçirilən rapid üzrə dünya çempionatının qalibi olub.
Trend xəbər verir ki, Maqnus Karlsen 13 raundda 10.5 xal toplayaraq turniri birinci pillədə başa vurub. Rusiyalı qrossmeyster Vladislav Artyomov 9.5 xalla ikinci yeri tutub.
Qeyd edək ki, bu qələbə Maqnus Karlsenin rapid üzrə dünya çempionatlarında altıncı tituludur. Norveçli qrossmeyster bundan əvvəl 2014, 2015, 2019, 2022 və 2023-cü illərdə də dünya çempionu olub.
