Bakı. Trend:
Meksikanın Oaxaka ştatının Nissanda şəhəri yaxınlığında sərnişin qatarı relsdən çıxıb.
Trend xəbər verir ki, bu barədə ölkənin Hərbi Dəniz Qüvvələri Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasında bildirilib ki, Oaxaka ştatının Nissanda bölgəsində yerləşən Z xəttində qatar qəzası baş verib və hadisə zamanı aparıcı lokomotiv relsdən çıxıb.
Məlumata görə, qatarda iki lokomotiv və dörd sərnişin vaqonu olmaqla, ümumilikdə doqquz heyət üzvü və 241 sərnişin olub.
Zərərçəkənlərə müvafiq yardım göstərilir, səlahiyyətli qurumlar hadisə yerində cavab tədbirlərini əlaqələndirir və texniki məlumatlar toplayır.
