...

Çində 6 tonluq "Lanying R6000" tiltrotor təyyarəsi ilk uçuşunu həyata keçirib

Dünya xəbərləri Materials 29 Dekabr 2025 04:41 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

6 tonluq "Lanying R6000" tiltrotor təyyarəsi ilk uçuşunu Çinin Siçuan əyalətində həyata keçirib.

Trend xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Qeyd olunub ki, tiltrotor Çinin "United Aircraft" şirkəti tərəfindən hazırlanıb. Aparatın faydalı yükü 2 ton təşkil edir ki, bu da oxşar çəkiyə malik helikopterlərlə müqayisədə xeyli yüksəkdir. Onun kreyser sürəti saatda 550 km-dir, maksimal uçuş məsafəsi isə 7620 metrədək hündürlükdə 4000 km-ə çatır ki, bu da ənənəvi helikopterlərin göstəricilərini bir neçə dəfə üstələyir.

Bildirilir ki, "Lanying R6000" dağlıq ərazilər və dəniz kimi çətin əlçatan bölgələrdə daşınma və yük çatdırılması üçün nəzərdə tutulub. Tiltrotordan təcili tibbi yardım, xilasetmə əməliyyatları, yanğınsöndürmə, patrul və digər missiyalarda istifadə olunması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti