...

Afrika Millətlər Kuboku: Kamerun və Kot-d’İvuar 1:1 hesablı heç-heçə edib

İdman Materials 29 Dekabr 2025 05:54 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Afrika Millətlər Kubokunun F qrupunda Kamerun və Kot-d’İvuar yığmaları qarşılaşıb və görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Trend xəbər verir ki, hesabı 51-ci dəqiqədə Kot-d’İvuarın yarımmüdafiəçisi Amad Diallo açıb. Beş dəqiqə sonra – 56-cı dəqiqədə Kamerun millisinin oyunçusu Junior Çamadyu tarazlığı bərpa edib.

İki turdan sonra həm Kamerun, həm də Kot-d’İvuar yığmaları 4 xal toplayaraq F qrupunun turnir cədvəlində liderliyi bölüşürlər.

Xəbər lenti

Xəbər lenti