...

Meksikada sərnişin qatarının relsdən çıxması nəticəsində 13 nəfər ölüb

Dünya xəbərləri Materials 29 Dekabr 2025 05:32 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Meksikanın cənubundakı Oaxaka ştatında sərnişin qatarının relsdən çıxması nəticəsində azı 13 nəfər ölüb.

Trend xəbər verir ki, Meksika prezidenti Klaudiya Şeynbaum hadisə ilə bağlı sosial şəbəkədə məlumat yayıb.

“Dəniz Qüvvələri Nazirliyi mənə bildirdi ki, okeanlararası qatar qəzası nəticəsində təəssüf ki, 13 nəfər həlak olub. 98 nəfər yaralanıb, onlardan beşinin vəziyyəti ağırdır”, – deyə prezident bildirib.

Meksika Hərbi Dəniz Qüvvələri qatarda 9 ekipaj üzvü və 241 sərnişin olmaqla cəmi 250 nəfərin olduğunu açıqlayıb.

Hadisə Çivela və Nizanda şəhərləri arasında baş verib. Meksika Baş Prokurorluğu artıq araşdırmaya başlayıb.

Xəbər lenti

Xəbər lenti