Bakı. Trend:
ABŞ-nin Nyu-Cersi ştatının Hammonton şəhərində iki helikopter havada toqquşub və nəticədə ən azı bir nəfər ölüb.
Trend xəbər verir ki, hadisə yerli KİV-lər tərəfindən yayımlanıb.
Məlumata görə, pilotlardan başqa helikopterlərdə heç kim olmayıb; onlardan biri ölüb, digəri isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Federal Aviasiya Administrasiyası bildirib ki, “Enstrom F-28A” və “Enstrom 280C” helikopterləri Hammonton hava limanı üzərində toqquşub. Səlahiyyətlilər hadisənin səbəblərini araşdırır.
