...

Macarıstan Aİ-nin miqrasiya paktıni yerinə yetirməyəcək - Peter Siyarto

Dünya xəbərləri Materials 28 Dekabr 2025 19:29 (UTC +04:00)
Macarıstan Aİ-nin miqrasiya paktıni yerinə yetirməyəcək - Peter Siyarto

Bakı. Trend:

Macarıstan 2026-cı ildə qüvvəyə minəcək Avropa İttifaqının (Aİ) miqrasiya paktının şərtlərini yerinə yetirməyəcək..

Trend-in məlumatına görə, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.

O qeyd edib ki, hökumət qanunsuz miqrantını öz ərazisinə buraxmayacaq.

"Biz 2026-cı ildə buna "yox" deyirik və əvvəlcədən bəyan edirik: Macarıstan miqrasiya paktında nəzərdə tutulan tədbirləri həyata keçirməyəcək. Biz miqrantlar istəmirik, paralel cəmiyyətlər istəmirik və Milad tətillərini qorxu içində keçirmək istəmirik", - deyə nazir "Facebook" səhifəsində yazıb.

P.Siyarto beləliklə, 20 dekabr 2024-cü ildə Maqdeburq Milad bazarında baş verən terror aktını xatırladıb. Həmin hadisədə 50 yaşlı Səudiyyə Ərəbistanlı kişi avtomobilini izdihamın üzərinə sürmüşdü. Hücum nəticəsində altı nəfər həlak olub, 300-dən çox insan yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti