Bakı. Trend:
ABŞ dövlət katibi Marko Rubio, Pentaqon rəhbəri Pit Heqset, ABŞ prezidentinin nümayəndəsi Stiven Vitkoff, iş adamı Cared Kuşner və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn ABŞ-nin Ukrayna üzrə işçi qrupuna qoşulacaq və Rusiya ilə əməkdaşlıq edəcəklər.
Trend xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Florida ştatının Mar-a-Laqo şəhərində Volodimir Zelenski ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
“Xüsusi qrup Stiv Vitkoff, Cared Kuşner, General Keyn, Marko Rubio və daxil edəcəyimiz bir neçə nəfərdən ibarət olacaq. Düşünürəm ki, Pit Heqset həmin işçi qrupunda olmalıdır. O, ərazini çox yaxşı bilir, əla iş görür və bəlkə də bir-iki nəfər daha əlavə olunacaq. Eyni zamanda, Ukraynada bu gün naharda olan çox yaxşı insanlar da işçi qrupuna daxil olacaq”, – deyə Tramp bildirib.
Zelenski isə açıqlayıb ki, Ukraynanın nizamlama üzrə işçi qrupuna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatov və Xarici İşlər Nazirliyinin birinci müavini Sergey Kislitsya daxil olacaq.
