Bakı. Trend:
Ağdamda baş verən qəza zamanı xəsarət alanların adları məlum olub.
Trend-in yerli bürosunun məlumatına görə, hadisə zamanı “VAZ-2107” markalı avtomobilin sürücüsü, rayonun Sarıcalı kənd sakini 52 yaşlı Mehdiyev Taleh Camal oğlu və onun həyat yoldaşı 42 yaşlı Mehdiyeva Aliyə Cəmil qızı xəsarət alıb.
Qeyd edək ki, rayonun Bənövşələr qəsəbəsi ərazisində hərəkətdə olan “Toyota” markalı avtomobil “VAZ-2107” ilə toqquşub.
xxx
00:52
Ağdamda baş verən qəza zamanı 2 nəfər xəsarət alıb.
Trend-in yerli bürosunun məlumatına görə, rayonun Bənövşələr qəsəbəsi ərazisində hərəkətdə olan “Toyota” markalı avtomobil “VAZ-2107” ilə toqquşub.
Nəticədə “VAZ”ın sürücüsü və sərnişini müxtəlif dərəcəli xəsarətlər alaraq Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəsarət alanların ər və həyat yoldaşı olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
