Bakı. Trend:
Surinamın Rişelye şəhərində beşi uşaq olmaqla azı doqquz nəfər bıçaq xəsarətlərindən ölüb.
Trend xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
Yerli hakimiyyət orqanlarının bildirdiyinə görə, 43 yaşlı kişi həyat yoldaşı ilə mübahisədən sonra uşaqlarına, daha sonra isə qonşularına bıçaqla hücum edib.
Şübhəli şəxs hadisə yerinə gələn polis əməkdaşlarına da hücum etməyə cəhd göstərib və həbs olunarkən yaralanıb.
Rişelye polisi əlavə edib ki, daha bir uşaq və bir yetkin ağır yaralanıb və onlar paytaxt Paramaribodakı xəstəxanada müalicə olunurlar.
